Beynəlxalq əlaqələr
Beynəlxalq miqyasda, qabaqcil tibbi xidmət göstərən tibb müəssisələri ilə korporativ əlaqələrimiz çərçivəsində:
- Mütəmadi olaraq əməkdaşların xarici klinikalarda təcrübə proqramlarını dəstəkləyirik,
- Pasiyent tələblərinə uyğun olaraq xarici mütəxəssislərin Azərbaycanda pasiyent qəbullarını təşkil edirik,
- Xarici klinikalara vətandaşların yönləndirilməsini və tibbi xidmətin təşkilində dəstək göstəririk,
- Xarici həkimlərlə geniş miqyaslı elmi-praktiki konfranslar təşkil edirik,
- Beynəlxalq Əlaqələrimiz daxilində Türkiyənin Aprojet Hava Ambulansı şirkəti ilə əməkdaşlığımız daxilində xəstələrin xaricə təxliyyəsin daha da sürətləndirməyə nail olmuşuq
- Azərbaycanda daha öncə aparılması mümkün olmayan rekonstruktiv cərrahi əməliyyatların aparılması üçün Beynəlxalq səviyyədə tanınan Estetik-Plastik və Rekonstruktiv Cərrahlar ilə əməkdaşlıq edirik.
Ölkəmizdə xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib, Türkiyə və digər xarici ölkələrə müalicə üçün gedən pasiyentlərə dəstək olmaq məqsədilə 2022-ci ilin aprel ayında Referans Medical Group və Türkiyənin ''Anadolu Sağlık Merkezi'' arasında memorandum imzalandı.
Memoranduma əsasən, “Anadolu Sağlık Merkezi”nin mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət olunaraq “Referans Medical Group” daxilində fəaliyyət göstərən klinikalarda pasiyent qəbulları həyata keçirirlər.
İnanırıq ki, xarici mütəxəssis və yerli peşəkarların birgə əməkdaşlığı çərçivəsində əldə edilən təcrübə vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verəcək.
Həmçinin, pasiyentlər 'Anadolu Sağlık Merkezinin həkimlərinin xidmətlərindən onlayn konsultasiya vasitəsilə də yararlana bilərlər.
Eyni zamanda qeyd etmək istərdik ki, 2022-ci ilin noyabr ayında “Referans Medical Group” və Rusiyanın Sankt Peterburq şəhərində yerləşən “Институт мозга человека им. Н.П.Бехтеревой ” arasında memorandum imzalandı.
Memoranduma əsasən, “Институт мозга человека им. Н.П.Бехтеревой ”dan dəvətli mütəxəssislər mütəmadi olaraq Azərbaycana dəvət olunacaq və “Referans Medical Group” daxilində fəaliyyət göstərən klinikalarda pasiyent qəbulları həyata keçirəcəklər.